18 C
Baku
Sunday, September 29, 2024

Apple iCloud-a “iPhone”dan “Android”ə keçməyi asanlaşdıran funksiya əlavə edib

Apple iCloud istifadəçiləri üçün yeni funksiya təqdim edib.

Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, sözügedən funksiya, ehtiyyat fotoları iCloud-da “Google Photo”ya asanlıqla köçürməyə imkan verir.

Apple tərəfindən iCloud-a əlavə edilən yeni “Məlumatlarınızın bir nüsxəsini köçürün” seçimi Apple-ın bulud saxlama servisinə yedəklənmiş şəkillərin üçüncü bir xidmətə ötürülməsinə imkan verir. Hal-hazırda yalnız Google Fotoları dəstəkləyən xüsusiyyət, köçürmə prosesi zamanı iCloud-da fotoları silmək əvəzinə “Google Photo”da nüsxə çıxarır.

Hələ ki, iCloud-un yeni funksiyası yalnız Avstraliya, Kanada, İslandiya, ABŞ-da iPhone istifadəçilərinə təqdim olunub.

Son xəbərlər
Digər xəbərlər