12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bağlanmış son 4 bank üzrə kompensasiya ödənişlərinin 93%-i təmin olunub

2020-ci ilin iyunun 16-dan bu ilin martın 3-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan “AGBank” və “NBCBank”ın əmanətçilərinə 244 milyon manatdan çox kompensasiya ödənilib.

Banker.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalaması Fondundan məlumat verilərək bildirilib ki, ötən ilin iyunun 1-dən bu ilin martın 3-dək “Kapital Bank” tərəfindən ləğv prosesində olan “Amrahbank” və “Atabank”ın əmanətçilərinə isə 383 milyon manatdan çox kompensasiya ödənilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676 milyon manat təşkil edir ki, martın 3-nə 24 476 əmanətçiyə bu məbləğin 627 milyon manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 93%-i təmin olunub.

Son xəbərlər
Digər xəbərlər