12 C
Baku
Saturday, November 23, 2024

“PAŞA Bank”da yeni departament rəhbəri təyin edilib

Ölkənin ən böyük korporativ bankı “PAŞA Bank” ASC-nin Komplayns və idarəetmə blokunun departamentlərindən birinin yeni rəhbəri məlum oldu.

Banker.az xəbər verir ki, Gülər Paşayeva bankın Korporativ idarəetmə və inzibatçılıq departamentinə direktor təyin edilib. O, bu vəzifəsinin icrasına 2021-ci ildən başlayaraq start verib.

G.Paşayeva 10 ilə yaxındır bu bankın uğurları üçün çalışır. Belə ki, 2011-ci ildən başlayaraq bank karyerasını “PAŞA Bank”da qurub.

2015-ci ilin iyunundan bankın Hüquq departamentinin strukturuna aid edilən şöbədə müdir, 2015-ci ilin oktyabrından isə Korporativ katib şöbəsinin müdiri kimi çalışırdı.

O, həmçinin Kiçik kreditlər komitəsinin üzvidir.

Xatırladaq ki, Komplayns və idarəetmə bloku bir departament və şöbədən ibarətdir. Banker.az-ın yaxın keçmişdə bu bloka yeni təyin edilmiş rəhbərlə bağlı da məlumat dərc etmişdi. (ətraflı)

Son xəbərlər
Digər xəbərlər