“Fast Company” 2021-ci ilin ən yenilikçi şirkətlərin reytinqini təqdim edib. “Apple” bu siyahıya daxil edilməyib, birinci yeri isə Covid-19-a qarşı peyvənd istehsalı ilə məşğul olan iki şirkət bölüşüb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
“Fast Company”yə görə dünyanın ən yenilikçi şirkətlərin ilk onluğuna bunlar daxildir:
1. “Moderna” – dərman və peyvənd istehsal edən Amerika biotexnika şirkətidir.
2. “Pfizer” – dünyanın ən böyük əczaçılıq şirkətidir.
3. “Shopify” – öz onlayn mağazalarınızı yaratmaq üçün platformadır.
4. “SpaceX” – İlon Maskın kosmik şirkətidir.
5. “SpringHill Company” – film və serial buraxan prodüser şirkətidir.
6. “Epic Games” – kompüter oyunlarının tərtibatçısıdır.
7. “Netflix” – striminq xidmətidir.
8. “Tock” – biznes üçün masa bron etmə, çatdırılma və sifariş platformasıdır.
9. “Microsoft” – proqram təminatının tərtibatçısıdır.
10. “Graphika” – sosial şəbəkələr üzrə ixtisaslaşan analitik şirkətdir.
“Fast Company” hər il dünyanın yenilikçi 50 şirkətin reytinqini təqdim edir və onları sektorlara görə bölür.