-1 C
Baku
Sunday, December 15, 2024

Çavuşoğlu: “Türk şirkətləri Xəzərdəki yataqların işlənilməsində əməkdaşlığa hazırdır”

“Türk şirkətləri Xəzər dənizindəki neft və qaz yataqlarının işlənilməsində əməkdaşlıq etməyə hazırdır. Bununla bağlı niyyəti tərəflərə çatdırmışıq”.

“TRT Haber” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan ilə Azərbaycanın Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi dair imzaladıqları razılaşmaya münasibət bildirərkən söyləyib.

“Burada məsələlərdən biri çıxarılacaq qaz və neftin hazırda fəaliyyətdə olan boru xətləri üzərindən Türkiyəyə çatdırılmasıdır. Hər mənada əməkdaşlıq imkanı var”, – o vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər