Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda görüşəcəklər.
Bu barədə Türkiyə və Rusiya dövlət başçıları Mersin vilayətində “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) 3-cü blokunun təməlqoyma mərasimi zamanı görüşü razılaşdırıblar.
V. Putin uzun müddətdir türkiyəli həmkarı ilə görüşmədiyini vurğulayıb. O, əlavə edib ki, görüşü yaxın vaxtlarda reallaşdırmaq lazımdır.