Ölkədə bir ildir karantin rejiminin davam etməsi insanların yeni vərdişlərə yiyələnməsinə gətirib çıxardı. Bəzi sahələrdə yerində çatdırılma olmadığından restoran və kafelər onlayn formatda xidmət göstərməyə başladılar.
Hal-hazırda restoran və kafelərdə yerində xidmət mümkün olsada, insanlar yenə onlayn formatda xidmətlərdən yararlanırlar.
Bəs, görəsən, yemək çatdırılmasını həyata keçirən şirkətlər sifarişləri hansı zaman tezliyində və hansı qiymətə ünvana çatdırırlar.
Banker.az bununla bağlı bir neçə kuryer xidmətinin fəaliyyətini araşdırıb.
Wolt ilə necə sifariş verə bilərəm? Sifariş həm wolt.com veb-saytının, həm də iOS və Android üçün tətbiqin köməyi ilə mümkündür.
“Wolt” daşıma şirkəti” sifarişi ancaq onlayn qaydada qəbul edir. Hal hazırda minimal sifarişin həcmi 8 AZN, standart çatdırılma qiyməti isə 1.5 AZN təşkil edir.
“Fooderos” sifarişi ancaq onlayn qaydada qəbul edir. Evə, ofisə hər hansı bir məkana sifariş etməyinizdən asılı olmayaraq, sifarişi vaxtında və ən münasib qiymətlərlə çatdırır. Hal hazırda minimal sifariş məbləği yoxdur. Standart çatdırılma qiyməti isə 1.5 AZN təşkil edir.
“Hungry.az” bu xidmət də ancaq onlayn sifariş qəbul edir və digər daşıma şirkətlərindən fərqli olaraq çatdırılma müddəti barədə müştəriyə heç bir məlumat verilmir.
Hal hazırda minimal sifarişin həcmi 10 AZN, standart çatdırılma qiyməti isə 1.9 AZN təşkil edir.
“Acqalma.az” minlərlə qidanın və ərzaqın çatdırılma xidmətini özündə cəmləşdirən bir intenet lahiyəsidir. Lahiyənin xidməti tamamilə pulsuz, və çatdırılma şərtləri çox sadədir.
Hal hazırda minimal sifarişin həcmi 5 AZN, standart çatdırılma qiyməti isə yoxdur.