11 mart 2021-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2051008681 ISIN-li, 55 mln manat həcmində, 8 280 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 110,000,000 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 55,000,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 11 noyabr 2043-cü ildir.