Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 3,551 milyard ABŞ dolları və yaxud 3,7 % azalaraq 91,663 milyard ABŞ dolları təşkil edib.
Bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 38,416 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına qalxıb. Bu isə həftəlik müqayisədə 2,303 milyard ABŞ dolları, yaxud 5,7 % azdır.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,248 milyard ABŞ dolları, yaxud 2,3 % azalaraq 53,247 milyard ABŞ dolları təşkil edib.