1 C
Baku
Saturday, December 14, 2024

“Dow Jones” və “S&P 500” indeksləri tarixi rekord həddə çatıb

ABŞ fond birjalarındakı səhmlər prezident Co Baydenin ümumi məbləği 1,9 trilyon ABŞ dolları olan qanun layihəsini imzalamasından sonra artım göstərib, “S&P 500” və “Dow Jones” indeksi tarixi rekord səviyyəyə çatıb.

ABŞ-ın 500 ən nüfuzlu şirkətini təmsil edən “S&P 500” indeksi 3 939,34 bəndə, “Dow Jones” indeksi isə 32 485,59 bəndə qədər yüksələrək tarixi maksimumlarını yeniləyiblər.

“Nasdaq” elektron indeksi isə 300,83 faiz bəndi (2,36 faiz) artaraq 13 052,90 faiz bəndində qərarlaşıb.

WTI markalı nefti 2,21 faiz bahalaşaraq 666,12 ABŞ dollarından satılıb, qızılın bir unsiyasının qiyməti 0,15 faiz artaraq 1 724,05 ABŞ dolları olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər