13 C
Baku
Monday, September 30, 2024

“New Baku Otel”də karantini pozan restoran cərimə edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən  ictimai iaşə müəssisələrində uyğunsuzluqlar aşkar edilib.

Banker.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əliyev 9 C ünvanında yerləşən, hüquqi şəxs “Smart Hotel Consulting And Management” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “New Baku Otel” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran cərimə edilib.

Həmçinin qeyd olunub ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görülür.

Son xəbərlər
Digər xəbərlər