Azərbaycanda bir çox tenderlərin qalibi olan “Az-Tex-Import” MMC Əmanətlərin Sığortalanması Fondunu (ADIF) məhkəməyə verib.
Banker.az-ın əldə etdiyi məlumata görə, şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Şirkətin ADIF-lə mübahisəsinin səbəbi bank əmanəti və bank hesabatı müqavilələri irəli gəldiyi məlum olub.
Şirkət yeni yaradılmasına baxmayaraq bir neçə dövlət büdcəsindən qidalanan qurumların tenderlərindən qalib çıxıb.
“Az-Tex-Import” 2017-ci ilin iyulunda yaradılıb, 226 010 manat nizamnamə kapitalına sahibdir. Şirkətin qanunu təmsilçisi Samir İbadullayev Sahib oğludur.