Mehriban Əliyeva Şuşa şəhərindən videogörüntü paylaşdı – Video

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.

Paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Bu gün – Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər