Nyu-York Fond Birjasında (NYSE) bu gün keçirilən hərrac zamanı başlıca indekslər müxtəlif cür dəyişib.
“Dow Jones” sənaye indeksi 127,51 faiz bəndi (0,39 faiz) itirərək 32 825,95 faiz bəndində, “Standard & Poor 500” indeksi 6,23 faiz bəndi (0,16 faiz) azalaraq 3 962,71 faiz bəndində, “Nasdaq” elektron indeksi isə 69,74 faiz bəndi (0,53 faiz) artaraq 13 152,28 faiz bəndində qərarlaşıb.
WTI markalı neftin aprel müqavilələri 0,57 faiz ucuzlaşaraq 64,71 ABŞ dollarından satılıb.