“Vaksin vurdurandan sonra immunitet dərhal formalaşmır”.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.
O bildirib ki, ikinci dozadan sonra ən azı 2 həftə keçməlidir: “Fərddən asılı olaraq bu müddət uzun da ola bilər. Vaksinlərin də effektivliyi 100 faiz deyil. Bəzi insanlarda vaksindən sonra da yenidən yoluxma halları ola bilər. Sadəcə həmin insanlar xəstəliyi daha yüngül keçirəcək və ölüm istisna olacaq”.