1 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankın İdarə Heyəti uçot faiz dərəcəsinə dair qərarını verdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 19 mart 2021-ci ildə faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında deyilir.

Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanıb.

“Bu qərar inflyasiyanın dəyişimi üzrə son meyillər, xərc və tələb amillərinin qısa və ortamüddətli dövrdə qiymətlərə mümkün təsirləri nəzərə alınmaqla qəbul edilmişdir”, deyə, AMB-nin açıqlamasında deyilir.

AMB qeyd edir ki, aparılmış təhlillər inflyasiya üzrə risk balansında amillər arasında əhəmiyyətli bir dəyişikliyin baş vermədiyini göstərir: “Stabilləşdirici amillər olan neftin qiymətinin yüksəlməsi, xarici balansın yaxşılaşması, əsas siyasət lövbəri olan məzənnə sabitliyi, iqtisadi fəallığın zəif bərpası artırıcı amillər olan dünya ərzaq qiymətlərinin yüksəlməsi, kontr-tsiklik fiskal siyasət və gözlənilən monetar genişlənməni tarazlaşdırır. Qeyri-monetar inflyasiya səviyyəsi bir qədər yüksəlsə də baza inflyasiya stabil olaraq qalır. Qiymətləndirmələr ilin sonuna inflyasiyanın Mərkəzi Bankın hədəf dəhlizi daxilində qalacağını göstərir”.

Requlyator faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf parametrləri ilə müqayisəsi, ortamüddətli proqnoz horizontunda risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər