Mayın 4-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə “Atasığorta”nın 2020-ci il üzrə Direktorlar Şurasının və İdarə Heyətinin hesabatlarının, eləcə də müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatlarının – mühasibat balansının, mənfəət-zərər hesabatının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, “AtaHolding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.