Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin fevral ayına 9 255 820 nəfər təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 141 059 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 114 761 nəfər artması deməkdir.
Bu ilin yanvar ayında bank müştərilərinin sayı 9 131 891 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 123 929 nəfər artıb.
Bank müştərilərindən 9 140 197 nəfəri fiziki şəxslər, 115 623 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 122 615 nəfər, hüquqi şəxslərin sayı 1 314 nəfər artıb.