2020-ci ildə Azərbaycanın tədiyyə balansında 1 milyard 987.7 milyon dollar kəsir yaranıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
“Xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ildə tədiyə balansının əsas komponenti olan cari əməliyyatlar balansı (CƏB) tarazlığa yaxın olmuşdur. Cari əməliyyatlar balansına əsas ixrac qiymətlərinin dəyişimi təsir göstərmişdir. Bu dövrdə qeyri-neft sektoru üzrə CƏB-in yaxşılaşması davam etmişdir. Pandemiya şəraitində qeyri-neft sektoru üzrə əmtəə və xidmət idxalının azalması tədiyə balansına tarazlaşdırıcı təsir göstərmişdir” – deyə 2020-ci il üzrə Azərbaycan Respublikasının Tədiyyə balansında bildirilir.
2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227.6 milyon dollar, xarici ticarət dövriyyəsi 22.7 milyard dollar təşkil edib.