İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayı təqdim edilib.
İcmalda qeyd olunub ki, 2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 2,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 331,3 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,6 milyon ABŞ dolları və ya 11,3 faiz artıb.
2021-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (37,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (34,4 milyon ABŞ dolları) ikinci, xurma isə (27,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
2021-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (24,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (22,7 milyon ABŞ dolları) ikinci və elektrik enerjisi (15,7 milyon ABŞ dolları) üçüncü olub.