Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk aylarında da davam edib.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
2021-ci ilin fevral ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25.5 milyon manat təşkil edib. 2021-ci ilin yanvar-fevral aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 50.5 milyon manatlıq əməliyyat aparıblar.
2020-ci ilin fevralında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 72.9 milyon manat, yanvar-fevral aylarında 158.1 milyon manat olub.







