3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda xaricdən fiziki şəxslərə pul göndərmələrin həcmi 17% artdı – AMB

Azərbaycanda pandemiyalı 2020-ci il üzrə fiziki şəxslərin pul baratlarının həcmi 537 milyon dollar olmaqla öncəki ili 5.6 faiz üstələyib.

Bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci il üzrə fiziki şəxslərə xaricdən göndərilən vəsaitlərin həcmi 1 094 milyon dollar təşkil edib ki, bu da öncəki ili 17 faiz üstələyir. Bunun 188 milyon dolları birinci, 184 milyon dolları ikinci, 310 milyon dolları üçüncü və 412 milyon dolları isə dördüncü rübün payına düşüb.

Xaricə göndərilən vəsaitlərin həcmi isə 557 milyon dollar olub. Bunun 122 milyon dolları I, 99 milyon dolları II, 162 milyon dolları III və 174 milyon dolları isə IV rübün payına düşmüşdür.

Son xəbərlər
Digər xəbərlər