“Bu gündən etibarən Azərbaycanla səyahətlər artıq sadəcə şəxsiyyət vəsiqəsilə olacaq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitterdə yazıb.
“Bütün əngəllər qalxır, qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun”, – XİN başçısı bildirib.