1 yanvar tarixindən etibarən əhalinin qoyduğu əmanətə görə alacağı divdidentə görə 10% vergi tutulub. Lakin bir çox bankların bundan ümumiyyətlə xəbəri yoxdur. Əmanətlərdən gələn gəlirin vergidən azad olunması haqqında tətbiq olunan güzəşt dekabrın 31-də bitib. Yeni vergitutma qaydaları barədə Milli Məclisin qəbul etdiyi yeni dəyişiklik isə hələ dövlət başçısı tərəfindən imzalanmayıb və qüvvəyə minməyib.
Hansı ki, bu qaydalar yalnız illik 500 manatdan artıq olan əmanət gəlirindən vergi tutmağı müəyyən edib. Buna görə, indi əmanətə görə verilən istənilən faiz gəliri vergiyə cəlb olunur. Banklar bunu öz haqları hesab edir və qanuni sayır. Mütəxəssislər isə müştərinin haqqının pozulduğunu bildirir.
Müəxəssislər isə qeyd edirlər ki, hüquqi baxımdan bankların əmanətələrə görə, dekabrın 31-nə qədər hesablanan gəlirdən vergi tutmasını ümumiyyətlə qanunsuz sayır. Söhbət yanvarın 1-dən hesablanan faizdən gedir ki, bu da mübahisə mövzusudur.
Yaranmış bu qeyri-müəyyənlik insanların banklara etimadına zərbə vurmaqla yanaşı, depozitlərin kütləvi şəkildə geri götürülməməsi təhlükəsini də yaradıb. Bu isə ilk növbədə bankların özünə zərbə vura bilər.