6 C
Baku
Sunday, December 15, 2024

Dünya Bankının Azərbaycan üzrə yeni meneceri prezidentə təqdim olunub

Dünya Bankının regional direktoru Sebastian Molineus təmsil etdiyi qurumun Azərbaycan üzrə meneceri Sara Mayklzı Prezident İlham Əliyevə təqdim edib.

S. Molineus dövlət başçısı ilə görüşdə deyib:

“Sara növbəti dörd ildə burada olacaq. Hesab edirəm ki, o, əla seçimdir, əgər belə deyə bilərəmsə. Siz bunu tezliklə görəcəksiniz. O, Azərbaycan Hökuməti və Dünya Bankı arasında əməkdaşlığı daha da təkmilləşdirmək üçün özü ilə bütün keyfiyyət və atributları gətirir”.

Son xəbərlər
Digər xəbərlər