“PAŞA Sığorta” ASC-nin əlində olan uzunmüddətli maliyyə aktivlərinin həcmi 20% azalıb.
Bunu Banker.az sığorta şirkətinin 2020-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir. Bu hesabata rəyi “Caspian Consulting & Partners” MMC audit şirkəti verib.
1 yanvar 2020-ci il tarixinə olan hesabata görə uzunmüddətli maliyyə aktivlərinin həcmi 46.4 milyon manata düşüb. Bu ilin ötən ilin əvvəlində 57.8 milyon manat üzərində idi.
Hesabatı analiz etdikdə məlum olur ki, “PAŞA Sığorta”nın maliyyə aktivlərində azalma səbəbi dövlət xəzinəsinin emissiya etdiyi istiqrazlar üzrə portfelin son bir ildə 25% azalma ilə 34.49 milyon manata qədər azalmasıdır.
Maliyyə aktivlərinin digər 11.92 milyon manatı korporativ istiqrazlar olmuşdur. Bu istiqrazlarda son bir ildə heç bir aşağı-yuxarı dinamika müşahidə edilməyib.
Sığorta şirkətinin iştirak payı ilə qeydə alınmış investisiyaların həcmi son bir ildə 0.4 milyon manatdan 23.59 milyon manata yüksəlib. Bu artıma səbəb “Kapital Bank”ın səhmlərinin ana şirkət “PASHA Holding” MMC -dən transfer kimi almasıdır.
Qeyd edək ki, 2020-ci il üzrə investisiyadan gəlirlərinin həcmi 12.52 milyon manat olub. Bu 2019-cu ildə 10.82 milyon manat idi. Ümumilikdə sığortaçının xalis mənfəəti 20 milyon manat üzərində olmuşdur.