Dünya səviyyəsində olan kadr agentlikləri namizədlərin əqli imkanlarını qiymətləndirmək üçün əsas olaraq 4 sualdan istifadə edirlər.
1-ci sual: Zürafəni soyuducuya necə yerləşdirə bilərsiniz?
Doğru cavab: Soyuducunu açmaq, zürafəni ora yerləşdirmək, soyuducunu örtmək. Bu sual vasitəsilə sadə tapşırıqlar üçün həddindən artıq çətin qərarlar axtarmağa meyilli olub-olmadığınız yoxlanılır.
2-ci sual: Fili soyuducuya necə yerləşdirmək olar?
Səhv cavab: Soyuducunu açmaq, fili ora yerləşdirmək, soyuducunu bağlamaq.
Düzgün cavab: Soyuducunu açmaq, zürafəni oradan çıxarmaq, fili ora yerləşdirmək, soyuducunun qapısını örtmək.
Bu sual vasitəsilə qərar verərkən keçmiş fəaliyyətlərinizin nəticəsini nəzərə alıb-almamağınız qiymətləndirilir.
3-cü sual: Şir bütün heyvanları iclasa dəvət edir. Bütün heyvanlar yığışır, lakin birindən başqa. Bu hansı heyvandır?
Düzgün cavab: Bu fildir. O axı soyuducudadır. Yadınızdadırmı?
Bu sual yaddaşınızı yoxlamağa imkan verir.
4-cü sual: Timsahlarla zəngin olduğu bilinən çayı keçməlisiniz. Bunu necə edərsiniz?
Düzgün cavab: Üzərək. Axı bütün timsahlar iclasdadır.
Bu sual öz səhvlərinizdən dərs çıxara bilmək qabiliyyətinizi qiymətləndirmək imkanı verir.