7 C
Baku
Thursday, December 12, 2024

“Google” həcmli səs texnologiyasını inkişaf etdirən “Dysonics” startapını alıb

“Google” korporasiyası həcmli səs texnologiyalarını inkişaf etdirən “Dysonics” startapını alıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Müqavilə 2020-ci ilin dekabrında bağlanıb, lakin təfərrüatlar hələ indi məlum olub. Razılaşmanın şərtləri açıqlanmayıb.

Beləliklə, “Google” “Dysonics”in intellektual mülkiyyət hüquqlarına sahibdir, bunlar arasında binaural audio texnologiyasına dair patentlər də var. Eyni zamanda, “Google” şirkəti “Dysonics”in işçilərini və texnologiyalarını gələcək “Pixel Buds” qulaqcıqları və “Nest” dinamikləri üçün istifadə edə bilər.

Bundan əlavə, “Dysonics” “Google”un gələcək VR və AR cihazları üçün təməl rolunu oynaya bilər.

Xatırladaq ki, “Dysonics” şirkəti 2011-ci ildə təsis edilib. Startap “Virgin America” aviaşirkəti ilə əməkdaşlıq edib və həcmli səs üzərində işləyib, həmçinin VR-kontent yaradıcıları üçün xüsusi proqram hazırlayıb.

Son xəbərlər
Digər xəbərlər