“Naxçıvan Televiziya və Radio Verilişləri” dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Naxçıvan Televiziya və Radio Verilişləri” QSC-ni dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, səhmdar cəmiyyəti Naxçıvan Dövlət Televiziya və Radio Komitəsi ilə eyni hüquqi ünvanda – Naxçıvan şəhəri, İstiqlal küçəsi, 82-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı açıqlanmır, qanuni təmsilçisi isə gözlənildiyi kimi Sahil Abdulla oğlu Tahirlidir. O, indiyə qədər adı çəkilən Komitənin sədri olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər