10 C
Baku
Friday, December 13, 2024

“Continental” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən  ictimai iaşə obyektlərində uyğunsuzluqlar aşkar edilib.

Banker.az Agentliyə istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi 255 ünvanında yerləşən, hüquqi şəxs “SVISS” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Continental” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoranda uyğunsuzluq aşkar edilib.

Qaydalara əməl etməyən sahibkarlıq subyektinə aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər