“Forbes” dünyanın ən varlı adamlarının yeni reytinqini açıqlayıb. Jurnal ayrıca sərvətini kriptovalyutalara borclu olan insanların adlarını çəkib – söhbət on milyardlarla dollardan gedir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bu, 2 trilyon dollarlıq kapitallaşmasının yalnız bir hissəsidir. Siyahıya daxil olan milyarderlərin əksəriyyəti sərvətini “Bitcoin” sayəsində qazanıb.
1. Sem Bankman-Frid, “FTX” birjasının və “Alameda Research” şirkətinin qurucusu. Sərvəti — $8,7 mlrd.
2. Brayan Armstronq, “Coinbase”in təsisçisi. Sərvəti — $6,5 mlrd.
3. Uinklvoss qardaşları, “Bitcoin”in ilk investorları, ilk sikkələrini hələ 2012-ci ildl əldə ediblər, “Gemini” birjasının təsisçiləri. Sərvətləri — hər birinin $3 mlrd.
4. Kris Larsen, “Ripple”ın həmtəsisçisi. Sərvəti — $3,4 mlrd.
5. Maykl Saylor, “MicroStrategy”nin rəhbəri. Sərvəti — $2,3 mlrd.
6. Ced Makkaleb, “Ripple” və “Stellar”ın həmtəsisçisi. Sərvəti — $2 mlrd.
7. Fred Ersam, “Coinbase” birjasının həmtəsisçisi, şirkəti 2017-ci ildə tərk etsə də, 6% payını sahlayıb. Sərvəti — $1,9 mlrd.
8. Çanqlenq Zao, “Binance”ın təsisçisi, şirkətdə 30% paya sahibdir. Sərvəti — $1.9 mlrd.
9. Barri Silber, “Digital Currency Group” və “CoinDesk”in təsisçisi. Sərvəti — $1.6 mlrd.
10. Metyu Rozak, “Bitcoin”in ilk investorlarından biridir, ilk sikkələri hələ 2011-ci ildə edib. Sərvəti — $1.5 mlrd.
11. Tim Dreyper – sahibkar və investor. 2014-cü ildə 18.7 milyon dollara “Bitcoin” alıb. İndi onların dəyəri 1.5 milyard dollardır.