10 C
Baku
Friday, December 13, 2024

Ukraynanın NATO-ya üzvlüyü iyun sammitində müzakirə olunacaq

“Biz Ukraynanın NATO-ya üzvlüklə bağlı fəaliyyət planına mümkün baxış barədə yenidən həmkarlarımıza müraciət edəcəyik”.

Bunu Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis ispaniyalı həmkarı Arança Qonsales Layya ilə görüşdən sonra keçirdikləri mətbuat konfransında bildirib.

“Biz artıq Baltikyanı ölkələrlə bu məsələni müzakirə etməyə başlamışıq. Mən əminəm ki, NATO Ukraynanın üzvülük planı ilə bağlı təklifini təkrarlaya bilər”, Litva XİN-in başçısı qeyd edib.

Landsberqisin sözlərinə görə, bu, Rusiya üçün güclü xəbərdarlıq ola bilər: “NATO-ya üzv ölkələr arasında Ukraynanın seçimi dəyərləndirilir və dəstəklənir”.

İspaniyanın xarici işlər naziri Arança Qonsales Layya bu ideyanı dəstəkləyərək bildirib ki, Ukrayna ilə bağlı məsələ NATO-nun iyunda keçiriləcək sammitində müzakirə olunmalıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər