Vergi Məcəlləsində edilmiş dəyişikliklərin tam siyahısı
Prezident İlham Əliyev Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiqləyib. Beləliklə Məcəllənin 102.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda maddələr əlavə edilir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin tam siyahısını təqdim edirik.
“102.1.22. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi.”;
1.2. 123.1-ci maddədə “əldə edilmişdirsə,” sözlərindən sonra “bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla” sözləri əlavə edilsin;
1.3. 161.1-ci maddədə “hər hansı rüsumlar, vergilər” sözləri “yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar” sözləri ilə əvəz edilsin;
1.4. 162.1-ci maddəyə “ƏDV” sözündən sonra “və yol vergisi” sözləri əlavə edilsin;
1.5. 185-ci maddə üzrə:
1.5.1. 185.1-ci maddənin birinci cümləsindən “və tütün məmulatları” sözləri çıxarılsın, həmin cümlədə “aksiz” sözündən sonra “, yol vergisi” sözləri əlavə edilsin;
1.5.2. 185.2-ci maddənin birinci bəndində “üzən vasitələr” sözlərindən sonra “, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz” sözləri, “aksiz” sözündən sonra “, yol vergisi” sözləri əlavə edilsin;
1.5.3. 185.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü bənd əlavə edilsin:
“İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə – qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə – almazın karatıdır.”;
1.6. 188-ci maddə üzrə:
1.6.1. 188.1.1-ci maddədə “və 600 ədəd siqaretin” sözləri “, 600 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın” sözləri ilə əvəz edilsin;
1.6.2. aşağıdakı məzmunda 188.1.5-ci maddə əlavə edilsin:
“188.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl.”;
1.7. 190-cı maddə üzrə:
1.7.1. 190.1-ci maddənin beşinci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda altıncı bənd əlavə edilsin:
“- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz.”;
1.7.2. 190.2-ci maddəyə “üzən vasitələr” sözlərindən sonra “, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz” sözləri əlavə edilsin;
1.7.3. 190.3.1-ci maddədə “0,8” rəqəmləri “2,0” rəqəmləri ilə, 190.3.2-ci maddədə “0,5” rəqəmləri “2,0” rəqəmləri ilə, 190.3.3-cü maddədə “0,2” rəqəmləri “6,0” rəqəmləri ilə, 190.3.4-cü maddədə “0,2” rəqəmləri “2,5” rəqəmləri ilə, 190.3.6-cı maddədə “0,08” rəqəmləri “0,2” rəqəmləri ilə əvəz edilsin;
1.7.4. 190.3.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“190.3.7. siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar) – 1000 ədədinə 10,0 manat;”;
1.7.5. aşağıdakı məzmunda 190.3.8-ci maddə əlavə edilsin:
“190.3.8. tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri – 1000 ədədinə 4,0 manat.”;
1.7.6. 190.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
Vergitutma obyektinin adı | Aksiz dərəcəsi |
Minik avtomobilləri: – mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda
– mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda
– mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda
– mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda
– mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr |
Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,20 manat
400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 1,5 manat
1900 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 4 manat
5900 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat
13900 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə – 10 manat Mühərrikin həcminin hər kubsantimetrinə görə – 3 manat
|
lent.az