9 C
Baku
Thursday, December 12, 2024

ABŞ-ın yeni Müdafiə naziri qadın olacaq

ABŞ Prezidenti Co Bayden Kristin Uormutu ABŞ-ın Müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın rəhbərliyi dövründə K.Uormut Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

O, həmçinin, Ağ Evin Milli Təhlükəsizlik Şurasında da işləyib.

Bundan əvvəl K.Uormut Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər