Gürcüstanın Müdafiə Qüvvələrinə məxsus Su-25 qırıcı döyüş təyyarələrinin bərpası və modernləşdirilməsi həyata keçirilir.
Bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Yenilənmiş ikinci hərbi təyyarə bu gün uğurlu sınaq uçuşu yerinə yetirib. Bərpa olunmuş ilk “Su -25”in sınaq uçuşu martın 6-da baş tutub.
Müdafiə Nazirliyinin balansında olan döyüş təyyarələrinin modernləşdirilməsinin 2022-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.








