Türkiyədən Azərbaycana hazır geyim ixracı bu ilin yanvar-mart aylarında 10.738 milyon dollar təşkil edib.
Banker.az Türkiyə Ticarət Nazirliyinin hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə, bu, 4.7 faiz artımdır.
Mart ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin martı ilə müqayisədə 1.5 dəfə artıb və 5.797 milyon dollara bərabər olub.