Bu ilin mart ayında ABŞ-da aylıq inflyasiya 0,6%, illik inflyasiya isə 2,6% təşkil edib.
Bununla da ölkədə qiymət artımı 2 il yarımlıq maksimumu yeniləyib.
İqtisadçıların gözləntiləri isə müvafiq olaraq 0,5% və 2,5% olub.
Ötən ay ABŞ-da qida məhsulları və elektrik enerjisinin qiymətləri nəzərə alınmadan istehlak mallarının qiymətləri aylıq müqayisədə 0,3%, illik müqayisədə isə 1,6% artıb.