5 C
Baku
Saturday, December 14, 2024

Cek Ma sərvətini 2.3 milyard dollar artırıb

Bazar ertəsi günü “Alibaba”nın səhmləri Nyu-York fond birjasında 9.3% artıb. “Bloomberg” bu artımı son dörd ildə ən əhəmiyyətli hadisə adlandırıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qiymətləndirməyə görə, nəticədə şirkətin sahibi Cek Manın sərvəti 2.3 milyard dollar böyüyüb.

Qeyd edək ki, hazırda çinli milyarder 52.1 milyard dollar sərvətə sahibdir və o, dünyanın ən zəngin adamları sırasında 25-ci yerdədir. “Forbes” jurnalının bildirdiyi kimi, son bir gündə Cek Manın sərvəti 2.2 milyard dollar artıb.

“Alibaba” səhmlərinin artımı Çin requlyatoru şirkətə qarşı antinhisar istintaqın nəticələrini, o cümlədən tətbiq ediləcək cərimənin məbləğini açıqlayandan sonra baş verib.

Daha əvvəl Ma Çinin ən zəngin adamı olub, sonra “Alibaba”ya qarşı istintaq başlayıb. Bu gün Cek Ma Çinin üçüncü ən zəngin adamıdır.

Son xəbərlər
Digər xəbərlər