10 C
Baku
Friday, December 13, 2024

“AzerGold” qızıl külçə və sikkələrin həqiqiliyini yoxlamaq üçün “Maybo”dan aparat satın alacaq

“Maybo” MMC “AzerGold” QSC-yə qızıl külçə və sikkələrin həqiqiliyini yoxlamaq üçün xüsusi aparat tədarük edəcək.

Banker.az xəbər verir ki, “AzerGold” QSC buna görə “Maybo” şirkətinə 20 500 manat ödəyəcək.

Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər