7 C
Baku
Thursday, December 12, 2024

Çinin 20-dən çox İT şirkəti antimonopoliya qaydalarına riayət edəcəyini vəd edib

Çinin 20-dən çox İT şirkəti hökumətin ultimatumundan sonra antimonopoliya qaydalarına riayət edəcəyini vəd edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, aprelin 13-ü Çinin Bazara Nəzarət və Tənzimlənmə üzrə Dövlət İdarəsi 34 şirkətdən bir ay ərzində “rəqabət əleyhinə metodları” aradan qaldırmasını tələb edib. Bu barədə “Financial Times” yazıb.

Requlyator texnoloji nəhənglərdən “Alibaba-nın təcrübəsini təkrar etməməyi” tələb edib. Bir həftə əvvəl şirkət antimonopoliya qanunvericiliyinin pozulmasına görə 2.78 milyard dollar cərimə ödəmişdir. Bu, “Alibaba”nın 2019-cu ildə Çindəki satışlarının 4%-dir.

Aprelin 14-ü “ByteDance”, “Meituan” və “Tencent” daxil olmaqla 20-dən çox texnoloji şirkət antimonopoliya qaydalarına riayət etməyə razılıq bildiriblər. Requlyator onların ayrı-ayrı bəyanatlarını dərc edib.

Son xəbərlər
Digər xəbərlər