11 C
Baku
Wednesday, December 11, 2024

Türkiyə kriptovalyutaların istifadəsinə qadağa qoydu

Türkiyə Mərkəzi Bankı birbaşa və ya vasitəçilər yolu ilə maliyyə hesablaşmalarında kriptovalyutaların istifadəsinə qadağa qoyub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Müvafiq qaydalar “Resmi Gazete” qəzetində yayımlanıb.

Bildirildiyi kimi, qadağa bu ilin 30 aprelində qüvvəyə minir və vətəndaşlar, o cümlədən təşkilatlar arasındakı hesablaşmalarda kriptovalyutalarla hər hansı bir əməliyyatın həyata keçirilməsinə şamil edilir. Respublikadakı kriptovalyutalar rəsmi olaraq mal və xidmətlər almaq üçün tərəflər arasında ödəmə vasitəsi kimi əlçatmaz olub.

Beləliklə, Türkiyədə kriptovalyutalarla işləyən və ya işləmək qabiliyyətinə malik olan lisenziyalı maliyyə platformaları, xidmətlər və ödəmə sistemləri, onlarla hesablaşma əməliyyatları üzrə hər hansı bir xidmət təklif etmək hüququndan məhrum olurlar. Hal-hazırda Türkiyədə lisenziyalı bankların və ya Mərkəzi Bankın rəsmi olaraq bu cür xidmətlər göstərə biləcəyi dəqiq deyil.

Mövcud mərhələdə Mərkəzi Bank xidmət göstərməyəcək, zəmanət verməyəcək, kriptovalyutalarla əməliyyatların icrasını tənzimləməyəcək. Bundan əlavə, Mərkəzi Bank bu cür əməliyyatların requlyatorlar tərəfindən nəzarət olmaması səbəbi ilə razılaşan tərəflər üçün ciddi risklər daşıdığını qeyd edib.

Son xəbərlər
Digər xəbərlər