Gürcüstanın Azərbaycana borcu 1 milyon dollardan çox azalıb

Bu ilin mart ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyərək aprelin 1-nə 5 milyon 54 min ABŞ dolları təşkil edib.

Banker.az bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.

Belə ki, Gürcüstanın Azərbaycana borcu son bir ildə 19.7% və ya 1 milyon 237 min ABŞ dolları azalıb.

Həmçinin Gürcüstanın xarici dövlət borcu 7.7 milyard dollardır ki, bunun da 7.3 milyard dolları hökumətin payına düşür.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər