10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda yüklərin ən çox hansı nəqliyyat vasitələri ilə daşındığı açıqlanıb – Siyahı

2021-ci ilin yanvar-mart ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 8 faiz və 42.5 faiz azalıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 46.7 milyon ton yük daşınıb. Yüklərin 3.2 faizi dəniz, 8.1 faizi dəmir yolu, 0.2 faizi hava, 54.2 faizi avtomobil nəqliyyatı, 34.3 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 10.5 faiz azalmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76.1 faiz təşkil edib.

Son xəbərlər
Digər xəbərlər