8 C
Baku
Friday, December 13, 2024

Bakıda yeni marşrut xətti təşkil edilib

Ölkə başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığının icrası davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumatda bildirilib ki, bu çərçivədə Ramana və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömrəli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

“Yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla qəbul edilib. Aparılan təhlillərlə Sabunçu dəmiryol stansiyası – Ramana qəsəbəsi  (“Ramana” Yeni Yaşayış Massivi) adlanan ərazidə yaşayan sakinlərin  dövlət müəssisələri, məktəb, bağça və  digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin olduğu müəyyən edilib”.

Aprelin 19-dan istismara başlayacaq marşrut xəttinin təşkili sayəsində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış kompleksinin, eləcə də Ramana qəsəbəsi 1-ci Sahə və Südçülük sovxozu adlanan ərazidə məskunlaşan vətəndaşların təhsil, tibb və digər ictimai iaşə obyektlərinə gediş-gəlişi əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn müəyyən edilib.

Qeyd edək ki, paytaxt ərazisində xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, xüsusilə şəhərətrafı ərazilərdə məksunlaşan sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Son xəbərlər
Digər xəbərlər