Bu ilin yanvar-mart aylarında Azərbaycan 26 milyon 791 min ABŞ dolları dəyərində 23 988 ton ilkin formalarda polipropilen ixrac edib.
Banker.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 milyon 672 min ABŞ dolları (26.8 %) çox, və 935 ton (3.8 %) azdır.
Ötən rüb polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 5.34 %, ümumi ixracda payı isə 0.65 % olub.