-1 C
Baku
Sunday, December 15, 2024

Maliyyə və sığortada çalışanların maaşları azaldı – Rəsmi rəqəmlər

2021-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2.8 faiz azalaraq 692.3 manat təşkil edib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, ölkədə maliyyə və sığorta sahəsi üzrə çalışanların orta aylıq əməkhaqqları azalıb.

Belə ki, 2021-ci ilin yanvar-fevral aylarında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 592.2 manat, dövlətdə çalışanlarda 1 646.5 manat, özəldə çalışanların isə 1 577.7 manat olub.

Halbuki, bu ilin yanvar ayında isə bu sahədə çalışanların ümumilikdə orta aylıq əməkhaqqları 1 597.2, dövlətdə işləyənlərin 1 628.4, özəldə işləyənlərin isə 1 588.8 təşkil edib. Bir ayda maliyyə və sığorta işçilərinin orta aylıq maaşları 5 manat azalıb.

Aylıq müqayisədə azalma olsa da, illik müqayisədə orta aylıq əməkhaqqlarında artım qeydə alınıb. 2020-ci ilin müvafiq aylarında isə maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 591.8 manat, dövlətdə çalışanlarda 1 576.5 manat, özəldə çalışanların isə 1 595.3 manat olub.

Son xəbərlər
Digər xəbərlər