10 C
Baku
Thursday, December 12, 2024

“Facebook Messenger” istifadəçilərinə genişmiqyaslı hücumla əlaqədar xəbərdarlıq

Dünyanın 84 ölkəsində “Facebook Messenger” istifadəçilərinə genişmiqyaslı hücum hazırlanır.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Group-IB” kibertəhlükəsizlik şirkəti məlumat verib. Bildirildiyi kimi, fırıldaqçılar istifadəçilərə yeni funksiyalı “Facebook Messenger” yükləməyi təklif edirlər, məsələn onun “Gold” versiyasını. Məqsəd aldadılmış istifadəçilərin hesablarına giriş əldə etməkdir.

Bununla yanaşı, fırıldaqçıların “Messanger”, “Meseenger” və “Masssengar” kimi adlardan istifadə etmələri qeydə alınıb. Dələduzların istifadəçilərə göndərdikləri mesajda “linktr.ee”, “bit.ly”, “cutt.us”, “cutt.ly” və “rb.gy” kimi xidmətlər vasitəsilə yaradılmış qısa link yerləşir. Nəticədə istifadəçi hesabına girişi itirə və şəxsi məlumatlarının fırıldaqçıların əlinə düşməsinə imkan yarada bilər.

Bu sxemdə təxminən 5.7 min reklam paylaşımı və mindən çox saxta profillərdən istifadə edilir. İlk dəfə belə bir fırıldaqçılıq 2020-ci ilin yayında qeydə alınıb. 2021-ci ildə messencerin “son versiyasını” yükləməyi təklif edən saxta paylaşımların sayı 5.7 minə çatıb. Mütəxəssislər tətbiqi yalnız rəsmi mağazalardan yükləməyi tövsiyə edirlər.

Son xəbərlər
Digər xəbərlər