Suriyadakı rejimin başçısı Bəşşar Əsəd prezident seçkisi keçirməyə hazırlaşır.
“Reuters” xəbər verir ki, seçki bu ilin mayın 26-da keçiriləcək.
B.Əsəd yenidən prezidentliyə namizədliyini irəli sürüb.
Qeyd edək ki, B.Əsəd 2000-ci ildən Suriyaya rəhbərlik edir. O, dövlət başçısı olan atası Hafiz Əsədin vəfatından sonra hakimiyyətə gəlib.
2011-ci ildən ölkədə vətəndaş müharibəsi gedir.
2014-cü ildə keçirilən seçkidə B.Əsədin 88 faiz səslə yenidən dövlət başçısı seçildiyi elan olunub.