18 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanda bank filialları və şöbələrin sayı açıqlandı

2021-ci ilin mart ayında bank filiallarının sayı 458, bank şöbələrinin sayı 105, ATM-lərin sayı isə 2 763 olub.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2020-ci ilin martında  isə bankın filiallarının sayı 506, şöbələrinin sayı 126, ATM-lərin sayı 2677 olub. Belə ki, ümumi sayda bu ilin birinci rübündə azalma müşahidə edilib.

Fevral ayı ilə müqayisədə martda  bank filiallarının sayı 2 ədəd şöbələrinin sayı 3 ədəd azalıb, amma ATM-lərin sayı 16 ədəd artıb.

Son xəbərlər
Digər xəbərlər