6 C
Baku
Sunday, December 15, 2024

Banklar kredit portfellərini ilk rübdə 195 milyon manat böyüdür

Azəbaycan banklarının kredit portfelinin həcmi 2021-ci ilin yanvar-mart ayları ərzində artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin ilk rübü üçün təqdim etdiyi icmal göstəricilərinə istinadən xəbər verir.

Bank sektorunun kredit portfeli 14 milyard 352.4 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 195.3 milyon manat, yaxud 1.38% artım dinamikasıdır.

Bankların kreditlərinin 8 milyard 565.2 milyon manatı biznesin kreditləşməsi, 3 milyard 680.4 milyon manatı istehlakın və 2 milyard 106.8 milyon manatı isə əmlakın kreditləşməsinə yönəldilən portfellərdir.

Biznes kreditləri ilin əvvəli ilə nisbətdə 1.02%,  istehlak kreditləri 0.52% və əmlak kreditləri isə 4.43% artmışdır.

Kredit portfelinin 1 milyard 162.7 milyon manatı kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat, 13 milyard 189.6 milyon manatı isə xalis kreditlər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər